Menu
Xəbər Lenti
Vinisiusun evi yandı
Dün, 05:45

Vinisiusun evi yandı

18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

25 Mrt 14:27Manşet / Cəmiyyət / Dünya

Beynəlxalq Kosmik Stansiyada koronavirusla bağlı eksperiment başlayıb

Beynəlxalq Kosmik Stansiyada koronavirusla bağlı eksperiment başlayıb

Beynəlxalq Kosmik Stansiyada (BKS) 3D bioprinter vasitəsilə koronavirus zülalının kristallarının yetişdirilməsi prosesi başlayıb.

Bu eksperimenti rusiyalı kosmonavt Denis Matveyev həyata keçirir. Hazırda stansiyada zülalın kristallaşması aparılır.

Qeyd olunur ki, eksperimentin keçirilməsində əsas məqsəd koronavirusun insan hüceyrələrinə yoluxmasına yol açan zülal tərkibinin təhlili və bunun orqanizmə daxil olmasının mexanizmlərinin araşdırılmasıdır.

Koronavirusun RBD zülalının BKS-də yetişdirilməsindən sonra nümunə Yerə göndəriləcək və laboratoriyada bir neçə ay müddətində araşdırma aparılacaq.

BKS-də keçirilən eksperimentin kosmonavtlar üçün heç bir təhlükə törətmədiyi bildirilir.