Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

04 Nis 11:26Manşet / Gündəm

Azərbaycanda yeni institutlar yaradıldı (SİYAHI)

Azərbaycanda yeni institutlar yaradıldı (SİYAHI)

Prezident İlham Əliyev Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirləri nəzərdə tutan Sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sənədə əsasən, elmi strukturların birləşdirilməsi və yenidən təşkil olunması nəzərdə tutulur. 2025-ci ilin sonunadək mərhələli şəkildə həyata keçiriləcək əsas dəyişikliklər bunlardır:
? Müxtəlif institutların birləşdirilməsi yolu ilə 8 yeni institut yaradılacaq. Məsələn:
Geologiya İnstitutu – Geologiya və Geofizika İnstitutu ilə Neft və Qaz İnstitutunun bazasında;
Fizika İnstitutu – Fizika və Radiasiya Problemləri institutlarının birləşməsi ilə;
Kimya İnstitutu, Riyaziyyat İnstitutu, Botanika İnstitutu, Canlı Sistemlərin Tədqiqi İnstitutu, Molekulyar Biologiya İnstitutu – digər müvafiq institutların birləşməsi ilə formalaşdırılacaq.
? Müasir elmi və təcrübi istehsalat imkanlarına malik 2 yeni müəssisə də yaradılacaq.
? Bəzi institutlar ali məktəblərin tabeliyinə veriləcək:
Polimer Materialları İnstitutu – Sumqayıt Dövlət Universitetinə;
- Nazirliyin tabeliyindəki Ekologiya və Təbii Ehtiyatlar İnstitutunun (Gəncə), Bioresurslar İnstitutunun (Gəncə), Aqrar Problemlər İnstitutunun (Gəncə), Nəbatat Bağının (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə 
- Nazirliyin tabeliyindəki Təbii Ehtiyatlar İnstitutunun (Naxçıvan), Bioresurslar İnstitutunun (Naxçıvan), Batabat Astrofizika Rəsədxanasının (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə veriləcək.
? "Nafta", "Aşqar" və "Kompozit" Elmi İstehsalat birlikləri ləğv olunacaq.
Sərəncamın icrası ilə bağlı Nazirlər Kabineti, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyi müvafiq tədbirlər görəcək.