Menu
Xəbər Lenti
Papanı Ağ Evə dəvət etdi
20-05-2025, 06:34

Papanı Ağ Evə dəvət etdi

Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

05 Nis 12:07Manşet / Cəmiyyət

Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb

gorunus-mesafesi-500-metredek-mehdudlasib

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə,  ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bəzi rayonlarda qərb küləyi əsib, küləyin sürəti arabir Gəncədə 18 m/s, Sabirabadda 16 m/s, Şəki və Zaqatalada 15 m/s, Mingəçevirdə 14 m/s-yə çatıb.

Abşeron yarımadasının bəzi yerlərində eyni zamanda, Naftalan, Şamaxı, Sabirabad, Kürdəmir, Cəfərxan, Yevlax, Neftçala, Biləsuvar, Altıağac, Qrız və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19, Aran rayonlarında o cümlədən, Naxçıvan MR-da 25, dağlıq rayonlarda isə 15 dərəcəyədək isti qeydə alınıb.