“Azərbaycan azsaylı dövlətlərdəndir ki, uzaqgörən və qətiyyətli siyasi liderə malikdir” - Təmraz Tağıyev
Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Klublararası dünya çempionatında son finalçı bəlli olur: PSJ "Real Madrid"lə üz-üzə
“Bizim bildiyimiz dünya yox oldu...” - Starmer
Britaniyanın Baş naziri Kir Starmer “The Telegraph” qəzetinə yazdığı məqalədə son illərdə yaradılmış dünya nizamının məhv olduğunu bildirib.
“Qafqazinfo” xəbər verir ki, məqalə ABŞ Prezidenti Donald Trampın 200-dən çox ölkədən gələn mallara rüsum tətbiq etməsi fonunda dərc edilib.
Siyasətçinin fikrincə, keçmiş ideyaları artıq təbii qəbul etmək olmaz, yeni dünya müəyyən edilmiş qaydalara deyil, sövdələşmələrə və ittifaqlara əsaslanır.
“Bizim bildiyimiz dünya yox oldu. Biz bundan sonra baş verəcəklərə hazırıq”, - Starmer deyib.
O əlavə edib ki, ticarət müharibəsindən heç kim fayda görməyəcək, eləcə də Böyük Britaniya və digər ölkələr ciddi iqtisadi nəticələrlə üzləşəcək.
Starmer baş verənlərə baxmayaraq, hələ də azad və açıq ticarət ideyasını dəstəklədiyini vurğulayıb.