Xəbər Lenti
26-10-2025, 09:45
Nuray Həsənzadə – “Zülfüqar” klubunun parlayan ulduzu Dünya Kubokunda Azərbaycanı qürurlandırdı
26-10-2025, 08:50
İsrail Səfirliyi Bakı Caz Festivalı 2025-də mədəni əlaqələrin gücünü nümayiş etdirdi
26-10-2025, 07:22
Heydər Əliyev ideyalarının davamçısı və Azərbaycanın tərəqqisinə həsr olunmuş fəaliyyət – İsmayıl Zalov
26-10-2025, 07:15
İsmayıl Zalov: “Azərbaycanın Zəfəri Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir”
Əməkdar həkim komaya düşdü

Komaya düşən əməkdar həkim Cabir Məmmədovun vəziyyəti açıqlanıb.
Qaynarinfo Yurd.Media-ya istinadən məlumat verir ki, əməkdar həkim hazırda komadadır və süni tənəffüs aparatına qoşulub.
"Baku Medical Plaza"nın reanimasiya şöbəsinə yerləşdirilən Cabir Məmmədovun həmçinin şəkər xəstəsi və xroniki böyrək çatışmazlığı olması səbəbindən durumu xüsusi diqqət tələb edir.
Həkimin oğlu, Rəşad Cabirli Yurd.Media-ya faktı təsdiqləyib. Onun sözlərinə görə, həkimlər əllərindən gələni edirlər..
Qeyd edək ki, Quba Rayon Mərkəzi Xəstəxanasının Ümumi Terapiya Şöbəsinin keçmiş müdiri olan Məmmədov Cabir İsrafil oğlu 1950-ci ildə anadan olub. O, 1984-1985-ci ilərdə Quba rayonu Alpan kənd xəstəxanasında həkim çalışıb və 1985-1996-cı illərdə Quba RMX-da həkim-kardioloq, 1996-2023 illər ərzində Ümumi Terpiya şöbəsinin müdiri kimi fəaliyyət göstərib.
1988-ci ildə Moskvada keçirilən Həkimlərin Ümumittifaq Qurultayında Azərbaycanı təmsil edib, Ali ixtisas dərəcəsi alıb, "SSRİ səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib.
2013-cü ildə Prezident İlham Əliyevin sərəncamına əsasən "Tərəqqi” medalıyla təltif edilən C.Məmmədov, 2018-cü ildə Prezidentin sərəncamına əsasən "Əməkdar Həkim" fəxri adına layiq görülüb.






















































