Oyun meydançasından çəkiliş meydançasına - Balaxanı neftçilərinin futbol komandası filmdə yer aldı
Özbəkistan Prezidentini təhqir edən şəxslə bağlı açıqlama - Azərbaycanda tutulmuşdu
Beyləqanda "Qarabağa qayıdış prosesində informasiya cəmiyyətinin rolu" mövzusunda tədbir keçirilib
“TuranBank” beynəlxalq maliyyə qurumundan yerli valyutada kredit cəlb edib - 3 illik
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mərhum sədri, hüquq müdafiəçisi Elşad Həmidovun doğum günü – İnsan haqları mübarizəsinin örnək siması...
Bu ödənişlərdə yubanmaları olanların adları "qara siyahı"ya düşməyəcək
Prezident İlham Əliyev "Kredit büroları haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər. Əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər.
Qaynarinfio xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, adətən kredit tarixçəsinə aid olan məlumatların təqdim olunması inzibati prosedurlar, zaman və eləcə də xərc tələb edirdi:
"Digər tərəfdən bu öhdəliklərə əməl edilməsinə nəzarət də heç də asan deyildi və məsuliyyətə cəlb etmək də mürəkkəb mexanizm idi. Yeni dəyişiklik bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına və onların kredit tarixçələrinin bu tip əməliyyatlar səbəbindən pisləşməsinin qarşısını alacaq. Digər tərəfdən, yeni qaydalar vətəndaşlarımız üçün bu sahədə inzibati proseduraları keçməsi zərurəri aradan qaldırıldığından vəsaitə qənaət etməsinə və onların kreditlər üzrə "qara siyahı"ya bu səbəbdən düşməsinin qarşısının almasına gətirib çıxaracaq. Gözlənilir ki, bu həmçinin bu sahədə aktivliyin artmasına və alqı-satqı döriyyəsinin genişlənməsinə imkan yaradacaq".