Xəbər Lenti
10-04-2026, 10:24
Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
9-04-2026, 12:29
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
8-04-2026, 13:15
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
"Avant Group" ağacları kəsib, 100 min ziyan vurub - Cinayət işi başlandı

Yasamal rayonunda ağaclar kəsilib.
Milli.az-ın əldə etdiyi məlumata görə, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsi 241 ünvanında "Avant Group" tikinti şirkəti tərəfindən ağaclar qanunsuz formada kəsilib və təbiətə 117 060 manat məbləğində ziyan vurulub.
Faktla bağlı Baş Prokurorluqda araşdırma aparılıb.
Müəyyən olunub ki, ağaclar sözügedən şirkət tərəfindən kəsilib və təbiətə 100 min manatdan artıq ziyan vurulub.
Faktla bağlı cinayət işi başlanıb.
Qeyd edək ki, daha əvvəl Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən faktla bağlı akt tərtib edilmişdi.























































