Xəbər Lenti
Dün, 09:28
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Dün, 09:23
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
20-04-2026, 09:28
ABB-nin “AI-nur” və “AI-khan”ı - 1 milyondan çox qarşılıqlı ünsiyyət,3 yeni imkan!
18-04-2026, 17:20
"TVM İNŞAAT" MMC-nin rəhbərliyi sudurğa xəstəsi olan qaynaqçı və işçinin pulunu mənimsəyib
Viktor Valdes yenidən futbola qayıtdı
İspaniya millisinin və “Barselona”nın sabiq qapıçısı Viktor Valdes 4 illik fasilədən sonra məşqçi karyerasına qayıdıb.
“Qafqazinfo” xəbər verir ki, 43 yaşlı mütəxəssis İspaniya IV liqasında çıxış edən “Real Avila” klubunda baş məşqçi postuna gətirilib.
O, klubla 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Valdesin son iş yeri 2020/21 mövsümündə rəhbərlik etdiyi “Hurta” klubu olub.
O, futbolçu karyerasını 2017-ci ildə başa vurub. Valdes 2002-2014-cü illərdə “Barselona”da çıxış edib. O, Kataloniya təmsilçisinin heyətində 6 dəfə İspaniya çempionatını qazanıb, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə isə klublararası dünya çempionatının qalibi olub.























































