Minifutbol üzrə dünya çempionatı: Dörddəbir finala yüksələn digər komandalar bəlli olacaq
"Tuana" Estetik Mərkəzində fəaliyyət göstərən Esmira İbrahimli barəsində ciddi araşdırmalar başlanıb – iddialar nə qədər doğrudur?
Pərvanə İmamquliyeva: “28 May Müstəqillik Günü - Azərbaycan tarixinin şanlı səhifəsi”
Yekaterinburqda yoxa çıxan Zahirəddin İbrahimov - Vardanyanla eyni təcridxanadadır
Gözdən Əlil Şəxslərin Reabilitasiyası İctimai Birliyi növbəti uğurlu konfransını keçirdi
Dünya çempionatı: Azərbaycan və Türkiyə milliləri növbəti görüşlərini keçirəcəklər
Ukrayna iki yol ayrıcında: Ya kapitulyasiya, ya da Azərbaycan təcrübəsindən istifadə etmək
Münsterdə 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü qürurla qeyd olundu
Yekaterinburqda yoxa çıxan Zahirəddin İbrahimov - Vardanyanla eyni təcridxanadadır
Son günlərdə Ermənistan seqmentinə aid media qurumları Rusiya vətəndaşı Zahirəddin İbrahimovun DTX-nin əməliyyat tədbirləri ilə ələ keçirilərək Bakıya gətirildiyini yayımlayır.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Azərbaycandakı etnik azlıqların hüquqlarının müdafiəsi komitəsinin sədri kimi təqdim edilən Zahirəddin İbrahimov Yekaterinburq şəhərində yaşayıb, illər ərzində Ermənistanın paytaxtında təşkil edilən saxta tədbirlərdə Azərbaycan əleyhinə çıxışlar edib.
O, 2005-2020-ci illərdə Ermənistanda keçirilmiş qondarma konfranslarda Azərbaycan Respublikasının əleyhinə saxta ittihamlar səsləndirib qərəzli bəyanatlar verib, Azərbaycanda separatizmi alovlandırmaq məqsədilə Ermənistanın müvafiq strukturlarının tapşırıqlarını yerinə yetirib.
Bir müddət əvvəl məsələ ilə bağlı mətbuata açıqlama vermiş vəkil Səyyarə Əliyeva müvəkkili olduğu Z.İbrahimovun həqiqətən DTX-nin istintaq təcridxanasına yerləşdirildiyini təsdiq edib. Bildirib ki, Z.İbrahimov dindirilərkən Ermənistanla əlaqələrini və digər məsələləri etiraf edib.
Rusiya vətəndaşı olan Zahirəddin İbrahimovun ələ keçirilərək Azərbaycana gətirildiyi xüsusi əməliyyat tədbirlərinin detalları hələlik ictimaiyyətə açıqlanmayıb.
Lakin, onun da Ruben Vardanyan və Arayik Harutyunyan kimilərlə yanaşı DTX-nin istintaq təcridxanasında saxlanıldığı, Azərbaycanın ərazi bütövlüyü əleyhinə yönəlmiş cinayətlərə görə digərləri kimi cavab verəcəyi artıq məlumdur.
“Konstitusiya və Suverenlik İli” elan edilmiş 2025-ci ildə uzun müddət ərzində düşmən dövlətin separatizm təbliğatının əsas aləti olmuş Zahirəddin İbrahimovun ələ keçirilərək ölkəyə gətirilməsi dövlətimizin konstitusiya quruluşu və ərazi suverenliyi əleyhinə iş aparmağa cürət edən hər kəsə aydın bir mesajdır.
Məsələ ilə DTX-nın Mətbuat xidmətinə sorğu ünvanlanıb. Mövzu diqqətdə saxlanılacaq.