Menu
Xəbər Lenti
Rasim Balayev vəfat etdi
29-03-2026, 17:11

Rasim Balayev vəfat etdi

Yeni layihəsi bəlli oldu
29-03-2026, 09:53

Yeni layihəsi bəlli oldu

Sabunçu keçidi bağlandı
28-03-2026, 09:00

Sabunçu keçidi bağlandı

Neftimiz bahalaşdı
27-03-2026, 08:33

Neftimiz bahalaşdı

06 Haz 09:54Manşet / Gündəm / Sosial

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb

Leyla Əliyevanın təşəbbüsü ilə Yevlaxda ailələrə qurban payları çatdırılıb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Qurban bayramı münasibətilə aztəminatlı ailələrə qurban paylarının çatdırılmasına start verilib.

Oxu.Az-ın məlumatına görə, "Bizim Mətbəx" sosial layihəsi çərçivəsində həyata keçirilən bu xeyriyyə aksiyası ilk olaraq Yevlax rayonunda reallaşdırılıb və 100 aztəminatlı ailəyə qurban payları təqdim olunub.

Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim Mətbəx" sosial layihəsinin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər və qida yardımları təqdim edərək cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir. Fəaliyyətə başladığı gündən etibarən "Bizim Mətbəx" könüllüləri Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər və qida yardımları təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olublar.