Xəbər Lenti
Dün, 08:42
İlham Əliyevin sosial şəbəkə hesablarında Almaniya səfəri ilə bağlı görüntülər paylaşılıb
14-02-2026, 10:54
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
14-02-2026, 10:25
"Haber Global": "Azərbaycan Prezidenti İlham Əliyevdən gərgin diplomatik fəaliyyət"
Məhkəmə Alimpaşa Məmmədovun əmlakları ilə bağlı qərar verdi

Şəmkirin həbsdə olan keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə verilmiş kassasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
"Report"un məlumatına görə, Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə onun üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı şikayəti təmin edilməyib.
Həmçinin Alimpaşa Məmmədov cəzası ilə bağlı verdiyi kassasiya şikayətini geri götümək üçün məhkəməyə müraciət edib. Onun gələcəkdə yenidən cəza ilə bağlı kassasiya şikayəti vermək hüququ saxlanılmaqla müraciət təmin edilib.
Xatırladaq ki, sabiq icra başçısı Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024-cü ilin iyun ayında olan hökmü ilə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Daha sonra Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə onun həbs cəzası 10 il 6 aya endirilib.
A.Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Ona AR Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.























































