Xəbər Lenti
Bugün, 11:22
“Zeferyolu.az”-ın rəhbəri Jalə Ağakişiqızı “Son zəng” münasibəti ilə gəncləri təbrik etdi
Dün, 18:29
Prezidentin köməkçisi: Etnik azərbaycanlıların İrana agent kimi yerləşdirilməsi iddiaları absurddur
12-06-2025, 16:20
Yevlax Mədəniyyətinin ilk qadın kamança ifaçısı Hüseynova Sürəyyə Hüseyn qızı ilə görüş təşkil-Foto
10-06-2025, 12:53
Rəna Soltanovanın daha bir qurbanı danışdı: "İşimdən oldum, külli miqdarda pul itirdim"
Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı - Rəsmi
Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən sonuncu tədbirlər zamanı 34 yaşlı Mirtale Rəhimov, əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - 23 yaşlı Vüsal Səmədov və 42 yaşlı Elşən Əliyev saxlanılıblar.
DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, onlardan ümumilikdə 2 kiloqrama yaxın tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana, heroin, psixotrop maddə metamfetamin və güclü təsiredici xassəyə malik 87 ədəd preqabalin həbi aşkar edilib.
Həmin şəxslər sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçiriblər. Bundan başqa, saxlanılan Elşən Əliyevin ifşa olunmamaq və izini itirmək üçün tez-tez yaşayış ünvanlarını dəyişdiyi, əsasən paytaxtda yerləşən müxtəlif hotellərdə gecələdiyi müəyyən edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Elşən Əliyev ürək-damar cərrahıdır və "Lazur Hospital”, "Real Hospital”, eləcə də "Alo Doktor” kimi bir sıra özəl klinikalarda çalışıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.