Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib
70 kq qızılla saxlanılan polkovnik-leytenant barədə qərar verildi
İstanbul Hava Limanından çıxıb hotelə gedərkən 70 kiloqram çəkidə qızıl külçələrlə saxlanılan Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi olmuş Qəhraman Məmmədovun cinayət işi üzrə əlavə istintaq hərəkətlərinin aparılması üçün həbs müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilib.
"Qafqazinfo” xəbər verir ki, məhkəmə prosessual hərəkətlərin aparıldığını, iş üzrə zəruri halların araşdırılmasının vacibliyini nəzərə alaraq müraciəti təmin edib.
Qərara əsasən, Q.Məmmədovun həbsdə saxlanma müddəti daha 3 ay uzadılıb.
Qeyd edək ki, polkovnik-leytenant Qəhraman Məmmədov Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi vəzifəsində xidmət edib. O, İstanbul Hava Limanından çıxıb hotelə gedərkən çantasından ümumilikdə 10 milyon 220 min 900 manat dəyərində 70 kiloqram çəkidə qızıl külçələr aşkar edilib. Araşdırmalar nəticəsində həmin qızılların qaçaqmalçılıq yolu ilə müxtəlif ölkələr arasında daşındığı müəyyən olunub.
Bu səbəbdən DTX-də başlanan cinayət işi çərçivəsində Q.Məmmədov həbs edilib. O, AR Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan Respublikasının vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.






















































