Menu
Xəbər Lenti
Şəmkir sakini bıçaqlandı
18-01-2026, 11:26

Şəmkir sakini bıçaqlandı

19 Haz 09:00Manşet / Gündəm / İdman

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

 

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.

"Report"un məlumatına görə, Uşanqi Kokauri (+100 kq) fərdi yarışın 1/32 finalında Serbiya təmsilçisi İqor Vraçarla üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycanı mundialda 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında mübarizə aparacaq.

Daha əvvəl cüdoçularımızdan Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıblar.