Menu
Xəbər Lenti
Bu çaylarda sululuq artdı
17-06-2025, 10:08

Bu çaylarda sululuq artdı

Pənah Hüseyn istefa verdi
16-06-2025, 09:40

Pənah Hüseyn istefa verdi

19 Haz 18:04Manşet / Gündəm / Dünya

İran Hayfa və Təl-Əvivdəki obyektlərə zərbələr endirib

İran Hayfa və Təl-Əvivdəki obyektlərə zərbələr endirib

İran İsrailin Hayfa və Təl-Əviv şəhərlərindəki hərbi hədəflərə və hərbi sənaye ilə bağlı sənaye mərkəzlərinə zərbələr endirib.

Oxu.Az xəbər verir ki, bu barədə IRIB dövlət teleradio şirkəti İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatına istinadən məlumat yayıb.

Qeyd olunur ki, İran İsrailə yeni zərbələr dalğası zamanı Hayfa və Təl-Əvivdə raket əleyhinə kompleksləri məhv etmək üçün 100-dən çox pilotsuz uçuş aparatından istifadə edib.

İsrail Müdafiə Ordusu (SAXAL) İran ərazisindən yeni raket buraxılışını qeydə alıb.

Oxu.Az xəbər verir ki, bu barədə SAXAL-ın Mətbuat Xidməti məlumat yayıb.

Ölkənin bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib. Hərbçilər hava hədəflərini vurmağa başlayıblar.

Bu səhər İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumu nəticəsində 147 nəfər yaralanıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Israel Today" məlumat yayıb.

"İsrail səması müdafiəsiz qalıb və artıq hər yer onlar üçün təhlükəlidir".

Oxu.Az-ın "Mehr" agentliyinə istinadən xəbərinə görə, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, Silahlı Qüvvələrin elit bölmələri) kommünikesində bildirilib.

Məlumata görə, İsrailə 14-cü zərbə dalğası kamikadze-dronlar və strateji raketlər vasitəsilə həyata keçirilib. SEPAH iddia edir ki, bu əməliyyat zamanı xəstəxanalardan birinin yaxınlığında yerləşən İsrail ordusunun komandanlıq və kəşfiyyat mərkəzi yüksək dəqiqliklə vurulub.

"İndi İran İslam Respublikası Silahlı Qüvvələrinin raketlərinin kəşfiyyat imkanları və yüksəkdəqiqlikli uçuş məsafəsi bütün dünyaya bəlli oldu", - deyə məlumatda qeyd edilib.

Bildirilib ki, İsrail ordusunun hərbçiləri öz bazalarından təxliyə olunublar və hava hücumundan müdafiə sistemlərini İsrail şəhərlərinin mərkəzi hissələrində yerləşdiriblər.

"Ynet" portalı təcili tibbi yardım xidmətlərinə istinadən xəbər verib ki, İran tərəfindən raket hücumu nəticəsində İsraildə azı 65 nəfər xəsarət alıb. Onlardan üçünün vəziyyəti ağır, ikisinin vəziyyəti orta ağırdır, 42 nəfər yüngül xəsarət alıb, 18 nəfər isə bomba sığınacaqlarına qaçarkən yaralanıb.

İsrailin üzərində bütün hava məkanı müdafiəsiz olaraq qalır və orada təhlükəsiz zonalar yoxdur.

Oxu.Az "Mehr" agentliyinə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kommunikesində bildirilir.

Məlumata görə, İsrailə zərbələrin 14-cü dalğası kamikadze dronları və strateji raketlərlə həyata keçirilib. SEPAH iddia edir ki, bu əməliyyat zamanı xəstəxanalardan birinin yaxınlığında yerləşən İsrail ordusunun komanda və kəşfiyyat mərkəzi yüksək dəqiqliklə vurulub.

"İndi İran Silahlı Qüvvələrinin raketlərinin kəşfiyyat imkanları və yüksəkdəqiqlikli uçuş məsafəsi bütün dünyaya bəlli oldu", - məlumatda qeyd olunub.

Bildirilir ki, İsrail ordusunun hərbçiləri öz bazalarından təxliyə olunaraq, hava hücumundan müdafiə sistemlərini İsrail şəhərlərinin mərkəzi hissələrində yerləşdiriblər.

"Bütün hərbi mərkəzlər boşaldılıb, yaşayış məntəqələrinin arxasında gizlənən (İsrail) rejim ordusu öz qeyri-effektiv raket komplekslərini və hava hücumundan müdafiə sistemlərini şəhər mərkəzlərinin ortasına yerləşdirib", - deyə məlumatda bildirilir.

"Ynet" portalı təcili tibbi yardım xidmətlərinə istinadən xəbər verir ki, İrandan səhər saatlarında raket hücumu nəticəsində İsraildə azı 65 nəfər xəsarət alıb.

Onlardan üçünün vəziyyəti ağır, iki nəfərin vəziyyəti orta ağırdır, 42 nəfər yüngül xəsarət alıb, 18 nəfər isə bomba sığınacaqlarına qaçarkən yaralanıb.

İran Silahlı Qüvvələri İsrailin Beyr-Şeva şəhərində yerləşən Soroka xəstəxanasının altındakı gizli hərbi bazaya zərbə endirib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İran mediası yayıb və müvafiq görüntüləri dərc edib.

İran bu gün səhər saatlarında İsrail ordusunun "C4I" adlı kiberkomandanlıq qərargahına və Qav-Yamda yerləşən hərbi kəşfiyyat mərkəzinə hücum edib.

Oxu.Az xəbər verir ki, bu barədə məlumatı İranın rəsmi xəbər agentliyi IRNA yayıb.

Agentliyin məlumatına görə, həmin ərazidə minlərlə hərbçi olub, onlar kəşfiyyat məlumatlarının işlənməsi və kiberəməliyyatlara cavabdeh idilər.

Qeyd edilir ki, Qav-Yamdakı kəşfiyyat mərkəzi "Soroka" xəstəxanasının yaxınlığında yerləşir. Bildirilib ki, partlayış dalğası xəstəxanaya da təsir etsə də, obyekt ciddi zərər görməyib. Eyni zamanda, hərbi infrastruktur dəqiq zərbə ilə vurulub.

İran atdığı raketin Beyr-Şevanın mərkəzindəki Soroka xəstəxanasının binasına düşməsi nəticəsində 40 nəfər xəsarət alıb.

Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir.

Bundan əlavə, İranın atdığı raketlər Təl-Əvivin şərqində yerləşən Ramat-Qan şəhərindəki İsrail Fond Birjasının binasını da vurub.

İran atdığı raketin Beyr-Şevanın mərkəzindəki Soroka xəstəxanasının binasına düşməsi nəticəsində 30 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

İsrail mətbuatı yazır ki, İran İsrailə 30-a yaxın raket atıb. Raket qalıqlarının hissələri Təl-Əvivin rayonlarına düşüb, bir neçə nəfərin yaralandığı qeyd olunur.

İran raketləri Təl-Əvivə düşüb. Partlayışlar nəticəsində xəsarət alanların olduğu bildirilir.

Oxu.Az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" İsrail təcili yardımına istinadən məlumat yayıb.

Raketlərdən biri Soroka xəstəxanasına düşüb.

İsrail ordusu İrandan atılan raketləri zərərsizləşdirir.

Oxu.Az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat verib.