Xəbər Lenti
20-08-2026, 18:01
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
19-08-2026, 16:26
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?
İran İsrailə qarşı ilk dəfə bu raketdən istifadə etdi
İran səhər saatlarında İsrailə qarşı hücumda ilk dəfə “Xeybar Şekan” orta mənzilli ballistik raketdən istifadə edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu məlumat yayıb.
Qeyd edək ki, bu raket bərk yanacaqla hərəkət edir və onun döyüş başlığı hava hücumundan müdafiədən yayınmaq məqsədilə terminal mərhələdə manevr edə bilir. O, 1450 kilometr (900 mil) məsafədə və radiusda hədəfləri vurmaq qabiliyyətinə malikdir. Raket 2022-ci ildə İran İnqilabının 43-cü ildönümündə İran hərbi komandirlərinin iştirak etdiyi mərasimdə nümayiş etdirilib.























































