Silahlı Qüvvələr Gününə həsr olunmuş “Hədəf 12” gənclər arasında atıcılıq turniri keçirilib.
“Bu məsələdə ciddi irəliləyişdən danışmaq hələ çətindir”
“Rusiya ilə Ukrayna arasında birbaşa danışıqlar davam etdirilməlidir. Bu həm də humanitar məsələləri həll etməyə imkan verəcək”.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib.
“Ukrayna tərəfinin əhval-ruhiyyəsindən asılı olmayaraq, danışıqları aparmaq lazımdır. Baxmayaraq ki, hələ ciddi irəliləyişdən danışmaq çətindir. Bununla belə, hər dəfə növbəti mərhələdə bir sıra məsələlər, o cümlədən humanitar gündəliyə aid problemlər həll olunur. Bu da çox vacibdir”, - deyə Narışkin əlavə edib.
Qeyd edək ki, iyunun 2-də Rusiya və Ukrayna arasında danışıqların ikinci raundu keçirilib. Rəsmi Moskva iyunun 22-dən sonra Kiyevlə danışıqları davam etdirməyə hazır olduğunu açıqlayıb.