Menu
Xəbər Lenti
Pınar Kür vəfat etdi
Bugün, 09:59

Pınar Kür vəfat etdi

Sessiya başa çatdı
14-07-2025, 11:22

Sessiya başa çatdı

Sabah 39° isti olacaq
11-07-2025, 12:10

Sabah 39° isti olacaq

16 Tem 09:44Manşet / Dünya

“Trampın Ukrayna ilə bağlı bu bəyanatını alqışlayırıq”

trampin-ukrayna-ile-bagli-bu-beyanatini-alqislayiriq

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı qərarını alqışlayır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, Kallas Trampın Ukraynaya daha çox silah göndərilməsi ilə bağlı bəyanatını alqışlayır, lakin Vaşinqtonun Kiyevə yardımın maliyyələşdirilməsinə də töhfə verməsini istəyir: “Amma biz ABŞ-nin bu yükü paylaşmasını istərdik”.

Kallas amerikalıları Ukraynaya dəstəyi davam etdirməyə çağırıb. O qeyd edib ki, Aİ Ukraynaya silah üçün pul ödəyirsə, bu, həmrəyliyin göstəricisidir və ABŞ də eyni addımı atmalıdır.

Qeyd edək ki, daha əvvəl ABŞ lideri bəyan etmişdi ki, Ukraynaya NATO ilə silah sazişi çərçivəsində ilk “Patriot” zenit-raket komplekslərinin tədarükü artıq başlayıb. Həmçinin bildirib ki, “Patriot” sistemləri Ukraynaya Almaniyadan göndərilir və ABŞ bu tədarüklərə görə tam həcmdə ödənişlər alır.