Xəbər Lenti
Dün, 10:56
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar
Azərbaycanda hərbi cinayətlərin sayı kəskin azalıb
“Azərbaycanda hərbi cinayətlərin sayı kəskin azalıb”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Respublika hərbi prokuroru Bəhruz Əhmədov Hərbi Prokurorluqda keçirilən geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, 2024-cü ilin birinci yarımili ilə müqayisədə 2025-ci ilin birinci yarımilində qeydə alınmış hərbi xidmətdən yayınma cinayətləri ümumilikdə 43,9%, o cümlədən hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 36,4%, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 45,3%, fərarilik cinayətləri 70% azalıb.