Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib
Astarada 55 yaşlı qadın öldürüldü - 21 yaşlı gəlini tutuldu - Yenilənib

Astara rayonunda qadın qətlə yetirilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun 55 yaşlı Kakalos kənd sakini Xalidə Paşa qızı Manafova kəsilmiş-deşilmiş xəsarətlərlə Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
X.Manafovanı bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən gəlini 2004-cü il təvəllüdlü Rufanə İmanova saxlanılıb.
Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi hələlik dəqiqləşməyib.
Faktla bağlı araşdırma aparılır.
***
Astarada törədilmiş qətlin bəzi detalları məlum olub.
Əldə etdiyimiz son məlumata görə, ötən gecə bıçaq xəsarətləri ilə xəstəxanaya çatdırılan Xalidə Manafovanın yaxınları onun öz-özünə zərbələr endirdiyini deyiblər.
Lakin qısa vaxt sonra qadının intihar etmədiyi, ona qəsdən xəsarətlərin yetirildiyi müəyyənləşib. Bundan sonra hadisədə şübhəli bilinən X.Manafovanın gəlini Rufanə İntiqam qızı İmanova polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin araşdırmalarla qətl hadisəsinin ailə-məişət münaqişəsi zəminində törədildiyi müəyyənləşib.
Araşdırmalar davam etdirilir.
Aslan Vəliyev






















































