Menu
Xəbər Lenti
20° şaxta olacaq
Bugün, 10:39

20° şaxta olacaq

Neftimiz ucuzlaşdı
30-12-2025, 08:50

Neftimiz ucuzlaşdı

Bayram günlərinin havası
30-12-2025, 08:12

Bayram günlərinin havası

04 Ağu 09:18Manşet / Kriminal

Dava edənləri sakitləşdirmək istədi, öldürüldü

dava-edenleri-sakitlesdirmek-istedi-olduruldu

Avqustun 3-ü saat 23 radələrində Yevlax şəhərində bir qrup şəxs arasında baş verən mübahisə ölümlə nəticələnib.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakinləri - 2005-ci il təvəllüdlü Əli Mahmudov və 2006-cı il təvəllüdlü Həsən Məmmədov arasında yaranmış münaqişəni sakitləşdirmək istəyən Ə.Mahmudovun əmisi 1988-ci il təvəllüdlü Zahid Mahmudov naməlum şəxs tərəfindən kürək nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə hadisəni törətdikdən sonra qaçan şübhəli 2009-cu il təvəllüdlü R. A. saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam etdirilir.