Menu
Xəbər Lenti
Şahdağa dolu düşüb
Bugün, 09:26

Şahdağa dolu düşüb

STP-də yeni təyinatlar
5-08-2025, 10:00

STP-də yeni təyinatlar

Bu rayonlarda 41° isti var
4-08-2025, 09:20

Bu rayonlarda 41° isti var

Şəhid atası vəfat etdi
3-08-2025, 09:16

Şəhid atası vəfat etdi

08 Ağu 09:29Manşet / İqtisadiyyat

“National Geographic” Göygöl şərablarından yazdı - Şərab turizminin inkişafı

national-geographic-goygol-serablarindan-yazdi

Dünyaca nüfuzlu “National Geographic” nəşrində Azərbaycan şərabçılıq sənayesi ilə bağlı geniş məqalə dərc olunub.

“Qafqazinfo”xəbər verir ki, “National Geographic Traveller” (UK) jurnalında yemək və qastronomiya mövzuları üzrə köməkçi redaktor Fəridə Zeynalovanın müəllifi olduğu məqalədə Azərbaycanın şərabçılıq tarixindən, günümüzdə bu sahədə olan vəziyyətdən və bir sıra şərab istehsal edən zavodlardan bəhs olunub.

Məqalədə qeyd edilir ki, Göygöl şəhərində yerləşən və 160 illik tarixə malik olan “Göygöl Şərab Zavodu” ASC Azərbaycanın ən qədim şərab, konyak, şampan, araq və alkoqolsuz içkilər istehsal edən müəssisəsidir. Cənubi Qafqazın qədim şərabçılıq təsərrüfatlarından biri olan “Göygöl Şərab Zavodu” ASC-nin təməli 1860-cı ildə Azərbaycanın o zamanlar Yelenendorf adlandırılan indiki Göygöl rayonunda məskunlaşmış Şvab almanları tərəfindən qoyulub.

1862-ci ildə "Forer Qardaşları" Səhmdar Cəmiyyəti təsis olunub. Həmin cəmiyyətə ata Xristofer Forer və onun oğulları Qotlob, Fridrix və Henrix rəhbərlik edirdilər. Elə həmin vaxt "Hummel Qardaşları Ticarət Evi" Səhmdar Cəmiyyəti yaradıldı ki, buna da X.Hummel və onun oğulları Yakob, Albert, Georq və Qotlib rəhbərlik edirdilər. Hər iki cəmiyyətın idarə heyəti Yelenendorfda yerləşirdi, onların nümayəndəlikləri və satış mərkəzləri isə Gəncə, Bakı, Tiflis, Peterburq, Moskva, Kiyev, Odessa, Tomsk və Batumi şəhərlərində fəaliyyət göstərirdi. 8 avqust 1922-ci ildə bu zavodun əsasında yaradılmış "Konkordiya" kooperativi o vaxtlar bütün Qafqaz regionunda şərab, konyak va araq istehsal edən ən böyük şərabçılıq təsərrüfatı idi.

Göygöldən Avropaya şərab ixrac edən ilk şirkət

Müəssisədə  “Kaqor”, “Köhnə portveyn”, “Ağ süfrə şərabı”, ”Qırmızı süfrə şərabı”, “Xeres şərabları”, “Qaranquş”, ”Ekstra” konyakları, likyorlar və şampan şərabları istehsal olunurdu. Həmin vaxt Azərbaycanda istehsal olunan şərab məhsullarının böyük hissəsi “Göygöl Şərab Zavodu” ASC-nin payına düşürdü, həmçinin Rusiya imperiyasında yalnız dörd müəssisə klassik fransız texnologiyasından istifadə edərək şampan istehsal edib, “Göygöl Şərab Zavodu” ASC onlardan biridir. Bunun üçün üzümün müəyyən növlərindən alınan şərablar tələb olunurdu: Aligote, Serceal, Veredello, Pinot grisi, Pinot ağ. Bir faktı göstərmək kifayətdir ki, 1924-1925-ci illər ərzində «Konkordiya» cəmiyyəti 1.350.397 vedrə şərab istehsal etmişdi. 1926-ci ilin statistikasına əsasən Azərbaycanda yığılan üzümün 48%-i “Göygöl Şərab Zavodu” ASC-də emal edilmişdir. Bu dövrdə müəssisənin 13 şərab zirzəmisində 670 min vedrə şərab saxlanılırdı. Həmin illərdə şərabla yanaşı konyak istehsalı sahələri də yaradılmışdı. Müəssisədə istehsal edilən “Gəncə”, “Bakı”, “Yubiley”, “Azərbaycan”, “Moskva” və “Şirvan” konyakları beynəlxalq müsabiqələrdə 16 qızıl, 11 gümüş və 1 bürünc medal qazanmışdır, həmçinin seçmə şampan və şərablar müsabiqələrdə 1 qızıl, 6 gümüş və 1 bürünc medala layiq görülmüşdür. XIX əsrin sonlarında müəssisədə istehsal edilən şərabların Almaniyaya və Hollandiyaya ixracı başlamış və müəssisə Azərbaycandan Avropaya şərab ixrac edən ilk şirkət kimi tarixə düşmüşdür.

Turizm inkişafı üçün geniş imkanlar

Göygöl rayonu turizmin inkişafı üçün geniş imkanlara malikdir. Sıx meşələri, buz bulaqları, zirvəsi həmişə qarla örtülən dağları, zəngin florası uzun illərdir ki, turistləri cəlb edir. Burada təbiətin gözəlliyi müasir tələblər səviyyəsində inşa olunan istirahət mərkəzləri ilə də vəhdət təşkil edir. Turistlərin daha çox marağına səbəb olan faktorlardan biri də Göygöl rayonunun tarixin müxtəlif dövrlərinə aid abidələridir. Son zamanlar rayonda turizm sahəsinin inkişafının daha da sürətləndirilməsi, qədim tarixi və alman irsinə olan tolerant münasibəti nümayiş etdirmək məqsədilə silsilə tədbirlərin həyata keçirilməsi, əvvəlki illərlə müqayisədə bu il rayona gələn yerli və xarici turistlərin sayının nəzərə çarpacaq qədər artmasını təmin etmişdir. Göygöl rayonu öz füsunkar gözəlliyi ilə hər bir turisti heyrətləndirir.

Məqalə ilə BURADAN tanış olmaq olar.