Çilidə Qələbə Yolu: Xocalı İdman Klubunun Peşəkar İdmançısı Elnur Mustafayev 67 kq-da Azərbaycanı Təmsil Edir
Azərbaycan telekanallarının "YouTube" göstəriciləri: Dekabr ayının reytinq cədvəli açıqlanıb
Nisə Rafiq qızı İbrahimovanın ad günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni 2026-cı il münasibətilə səmimi təbrik
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə paylaşım edib
Tanınmış fitnes məşqçisi onu bıçaqlayanı bağışladı - “Anasından ayırmaq istəmirəm”

Bakıda gecə klubunda tanınmış fitnes məşqçisi Fərid İsmayılovu bıçaqlayan şəxsin məhkəməsi başa çatıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 2001-ci il təvəllüdlü İntiqam Muxtarova hökm oxunub.
Bildirilib ki, İntiqam daha əvvəl də bıçaqlanma cinayəti törədib və məhkum edilib. Lakin 2021-ci ildə imzalanan Amnistiya aktı çərçivəsində cəzadan azad olunub.
Hadisəyə gəlincə isə, İntiqam həmin gün dostları ilə birgə Xətai rayonunda - Ağ Şəhərdəki Yaşıl ada küçəsində yerləşən “Pubar” klubuna gedib və orada musiqi sifariş etməyə görə Fəridlə dava edib. Nəticədə İntiqam Fəridin başına pivə bakalı çırpıb, onu kürək və boyun nahiyələrindən bıçaqlayıb.
Məhkəmədə Fərid bildirib ki, İntiqamın anası ağır xəstədir və buna görə onu bağışlayır, ana ilə oğlu ayırmaq istəmir. Lakin İntiqamın daha əvvəl də cinayət törətməsi və digər hallar əsas götürülərək ona 5 il 6 ay həbs cəzası verilib.
Təqsirləndirilən şəxsin cəzasını ciddi rejimli müəssisədə çəkməsi də hökmdə vurğulanıb.
Qeyd edək ki, Fərid İsmayılov uzun müddətdir ki, müxtəlif idman zallarında idman təlimçisi kimi işləyir. Nərimanov rayonunda ona məxsus “Lux” idman zalı var.
Aslan Vəliyev






















































