HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
Faydaları saymaqla bitmir

Sarıkök min illərdir həm Şərq təbabətində, həm də mətbəxdə geniş istifadə olunan qiymətli ədviyyatlardandır.
“Qafqazinfo” xəbər verir ki, onun əsas təsiredici maddəsi olan kurkumin orqanizm üçün çoxsaylı faydaları ilə seçilir.
Sarıkök bədənin müxtəlif nahiyələrində yaranan iltihabi prosesləri azalda bilir. Oynaqlarda ağrı və şişkinlikdən əziyyət çəkən insanlara mütəmadi istifadəsi rahatlıq gətirə bilər.
Kurkumin güclü antioksidant xüsusiyyətə malikdir. Bu, hüceyrələri sərbəst radikalların zərərindən qoruyur, qocalma prosesini ləngidir və ümumi orqanizm gücünü artırır.
Sarıkök qaraciyərin fəaliyyətini gücləndirir, öd ifrazını artırır və həzmi yüngülləşdirir. Qarında köp və qaz problemlərinin qarşısını almaqda da faydalıdır.
Daimi istifadə orqanizmin infeksiyalara qarşı müqavimətini gücləndirir. Soyuqdəymə kimi xəstəliklərin qarşısını almaqda köməkçi ola bilər.
Sarıkök qandakı xolesterin səviyyəsini tənzimləyir, qan dövranını yaxşılaşdırır. Bu xüsusiyyəti sayəsində ürək-damar xəstəliklərinin riskini azaltmağa kömək edir.
Araşdırmalara görə, sarıkök beyində yeni sinir hüceyrələrinin yaranmasını dəstəkləyir. Bu, yaddaşın möhkəmlənməsinə və diqqətin artırılmasına yardımçı olur.
Sarıkök həm daxildən, həm də xaricdən dəriyə müsbət təsir edir. Sızanaq, qızartı və ekzema kimi problemlərdə dəriyə maska şəklində tətbiq olunur.























































