Taleh Məmmədov: Zamin Fərzinin yeni təyinatı səhiyyəyə göstərilən etimadın ifadəsidir
Elmə və təhsilə həsr olunan mənalı ömür – El ağsaqqalı Soltanağa Cəfərovun 76 illik yubileyi münasibətilə təbrik
Putin Paşinyanla görüşdü

Rusiya Prezidenti Vladimir Putin Kremldə Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə rusiya Kİv məlumat yayıb.
Görüşdə baş nazirin müavini Aleksey Overçuk, prezidentin mətbuat katibi Dmitri Peskov, prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov, xarici işlər nazirinin müavini Dmitri Lyubinski, "Rusiya Dəmir Yolları" QSC-nin baş direktoru Oleq Belozerov və "Rosatom"un baş direktoru Aleksey Lixaçyov iştirak ediblər.
Ermənistan tərəfdən söhbətə baş nazirin müavini Mher Qriqoryan, Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan, Ermənistan Atom Elektrik Stansiyasının baş direktoru Eduard Martirosyan və baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan qoşulublar.























































