Menu
Xəbər Lenti
Zelenski Türkiyədədir
19-11-2025, 08:59

Zelenski Türkiyədədir

Regionda yaranan yeni reallıq
19-11-2025, 08:20

Regionda yaranan yeni reallıq

Yadigar Muradov vəfat etdi
18-11-2025, 09:28

Yadigar Muradov vəfat etdi

29 Eyl 06:31Manşet / İdman

İtaliya millisi dünya çempionu oldu

italiya-millisi-dunya-cempionu-oldu

İtaliya milli yığması kişi komandaları arasında keçirilən voleybol üzrə dünya çempionatının qalibi olub.

“Qafqazinfo” xəbər verir ki, Filippinin paytaxtı Manilada keçirilən dünya birinciliyinin final oyununda onlar bolqarıstanlılarla qarşılaşıblar və 3:1 hesabı ilə qalib gəliblər.

İtaliya Prezidenti Sercio Mattarella qələbə münasibətilə milli komandanın üzvlərini təbrik edib, onlarla Romanın “Quirinale” Sarayında görüşməyi səbirsizliklə gözlədiyi bildirib.

Baş nazir Ciorcia Meloni isə milli komandanı qalib İtaliyanın qüruru adlandırıb.

İtaliya ardıcıl ikinci dəfə voleybol üzrə dünya çempionu olub. 2022-ci ildə Polşanın Katovitse şəhərindəki çempionatda da İtaliyanın kişilərdən ibarət voleybol komandası birinci yeri tutub. Eyni zamanda, bu, İtaliya millisinin 5-ci (1990-cı, 1994-cü, 1998-ci, 2022-ci və 2025-ci illər) tituludur.

Qeyd edək ki, İtaliyanın qadınlardan ibarət voleybol komandası da sentyabrda dünya çempionu adını qazanıb.