Xəbər Lenti
20-08-2026, 18:01
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
“AAAF park”da çoxmərtəbəli binada yanğın - Sakinlər təxliyə edildi

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF park” yaşayış kompleksində çoxmərtəbəli binaların birində yanğın baş verib.
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən, yanğının yaşayış binasının zirzəmisində elektrik lövhəsində baş verdiyi müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.























































