Menu
Xəbər Lenti
Vinisiusun evi yandı
Bugün, 05:45

Vinisiusun evi yandı

18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

09 Ekm 06:13Manşet / Dünya

Netanyahu Nazirlər Kabinetini toplayacağını açıqladı

netanyahu-nazirler-kabinetini-toplayacagini-aciqladi

İsrailin Baş naziri Benyamin Netanyahu Misirdə Qəzza zolağında atəşkəslə bağlı əldə olunan razılaşmanın ardından Nazirlər Kabinetini toplayacağını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Netanyahu X sosial media platformasında yayımladığı bəyanatında bildirib ki, HƏMAS-la əldə edilən atəşkəs razılaşmasının birinci mərhələsi israilli məhbusların geri qaytarılmasını nəzərdə tutur və bu plan sabah keçiriləcək kabinet iclasında təsdiqlənəcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da İsrail və HƏMAS-ın atəşkəs planının ilk mərhələsini təsdiqlədiyini bəyan edib.

Netanyahu bəyanatında ABŞ prezidentinə təşəkkür edərək, Trampın bölgədə sülhün təmin olunması istiqamətindəki səylərini yüksək qiymətləndirib. O, həmçinin, İsrailin “qonşu ölkələrlə sülhü genişləndirməyə davam edəcəyini” vurğulayıb.