Xəbər Lenti
30-11-2025, 14:50
Şəhid Vüsal Kazımovun əziz xatirəsinə həsr olunmuş “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib
29-11-2025, 09:07
Berlində Mir Cəlalın alman dilinə tərcümə edilmiş hekayələrindən ibarət kitabın təqdimatı olub
Şahin Mustafayev: "Azərbaycan, İran və Rusiya rəsmiləri sabah infrastruktur obyektlərinə baxış keçirəcəklər"

"Azərbaycan-İran-Rusiya üçtərəfli görüşün nümayəndə heyətləri sabah Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin vacib infrastruktur obyektlərinə birgə baxış keçirəcəklər".
"Report"a istinadla xəbər verir ki, bu barədə baş nazirin müavini Şahin Mustafayev bu gün Bakıda keçirilən üçtərəfli görüşdə çıxışı zamanı məlumat verib.
Qeyd edək ki, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən baş nazirin müavini Şahin Mustafayev, Rusiya tərəfindən baş nazirin müavini Aleksey Overçuk, İran tərəfindən isə nəqliyyat və şəhərsalma naziri Fərzanə Sadiq rəhbərlik edirlər.























































