Xəbər Lenti
Bugün, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dün, 19:02
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
28-06-2026, 09:43
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
26-06-2026, 10:49
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
17 ildən sonra münasibətlərini bərpa edəcəklər

ABŞ hakimiyyəti Boliviya ilə diplomatik münasibətləri səfir səviyyəsində bərpa etməyə hazırlaşır.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Kristofer Landau deyib.
“Biz münasibətləri səfir səviyyəsində bərpa edəcəyik. Bu, həmişə belə olmalı idi. Bu addımı çox vacib hesab edirəm və ümid edirəm ki, tezliklə səfirlərin təyin edilməsi mümkün olacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bu qərar iki ölkə arasında 2008-ci ildə kəsilmiş diplomatik əlaqələrin yenidən qurulması istiqamətində mühüm addım hesab olunur.



















































