“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Bir verilişdən 100 min qazanırmış

Rusiyalı müğənni Proxor Şalyapin dəfələrlə iştirak etdiyi və bir zamanlar Andrey Malaxovun aparıcılığını etdiyi “Danışsınlar” teleproqramında çıxışlarına görə aldığı qonorar məbləğlərini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, sənətçi bir buraxılışa görə 50-60 min rubl, (1300 AZN-ə yaxın) bəzən isə 100 min rubla qədər (2000 AZN) qonorar aldığını deyib.
“Bu məbləğləri böyük hesab etmək olmaz. O vaxtlar 50-60, bəzən 100 min rubl alırdım, bu da qəpik-quruş idi”, – deyə o jurnalist Ksenya Sobçakla söhbətində etiraf edib.
“Ulduz fabriki” layihəsinin finalçısı həmçinin Andrey Malaxova minnətdarlığını bildirib:
“O, mənə ikinci dəfə səhnəyə qayıtmaq imkanı verdi. Mən bu gün də onunla və verilişin yaradıcı heyəti ilə yaxşı münasibətlər saxlayıram. Televiziya proqramlarında iştirakımın məqsədi qalmaqal yaratmaq yox, reytinq artırmaq olub”.



















































