Xəbər Lenti
Bugün, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dün, 19:02
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
28-06-2026, 09:43
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
26-06-2026, 10:49
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Müğənni Dənizə bu maddələr üzrə bəraət verildi

Binəqədi Rayon Məhkəməsində vəkil Cavidan Osmanlının müğənni Dəniz Əsədova barəsində xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.
“Qafqazinfo” xəbər verir ki, vəkil sənətçinin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinməsini tələb edib.
Lakin məhkəmə vəkilin ittihamlarını qəbul etməyib və Dəniz Əsədovaya qeyd edilən maddələr üzrə bəraət verilib.
Qeyd edək ki, daha əvvəl vəkil Asim Abbasov da eyni məzmunlu ittihamla çıxış etmiş və həmin vaxt D.Əsədova 7 aylıq həbs edilmişdi. Hazırda həbsdə olan müğənni dələduzluq əməllərində təqsirləndirilir.
Cavidan Osmanlı isə bir müddət əvvəl vəkillikdən müvəqqəti uzaqlaşdırılıb. Onun barəsində də dələduzluq ittihamları var və barəsində cinayət işi açılıb.



















































