“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Ağ Ev yaxınlığında güllələnən Milli Qvardiya əsgərinin vəziyyəti açıqlandı - Yenilənib

Vaşinqtonda Ağ Evin yaxınlığında atışma baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “ABC News” məlumat yayıb.
Hadisə nəticəsində ABŞ Milli Qvardiyasının iki əsgəri yaralanıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerini mühasirəyə alıb və bir nəfər şübhəli şəxsi saxlayıb.
ABŞ Prezidenti Donald Tramp atışmada yaralanan əsgərlərin vəziyyətinin ağır olduğunu bildirib.
Siyasətçi onları güllələyən şəxsin də ağır yaralandığını və cəzalandırılacağını açıqlayıb.
***
ABŞ-də Vaşinqtonun mərkəzində, Ağ Evin yaxınlığında güllələnən Milli Qvardiyanın iki əsgəri həlak olub. Xəbəri Qərbi Virciniya qubernatoru Patrik Morrisey təsdiqləyib.
“Böyük kədər hissi ilə bildiririk ki, bu gün Vaşinqtonda vurulan Qərbi Virciniya Milli Qvardiyasının hər iki üzvü aldıqları xəsarətlərdən ölüb. Bu cəsur Qərbi virciniyalılar ölkələrinə xidmət zamanı həyatlarını itiriblər. İstintaq davam etdiyi üçün federal rəsmilərlə davamlı əlaqə saxlayırıq”, - deyə Morrisey bildirib.
***
Vaşinqtonun mərkəzində güllələnən Milli Qvardiyanın iki əsgərinin vəziyyəti ağırdır. Bu barədə FTB direktoru Kaş Patel və paytaxt meri Muriel Bouzer mətbuat konfransında bildiriblər.
Qeyd edək ki, daha əvvəl Qərbi Virciniya qubernatoru Patrik Morrisey yaralanan kişi və qadın əsgərin həyatını itirdiyini açıqlamışdı. Daha sonra o, sosial mediada bu barədə ziddiyətli məlumatların olduğunu bildirib.



















































