Xəbər Lenti
Bugün, 11:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dün, 19:02
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
28-06-2026, 09:43
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
26-06-2026, 10:49
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Ağ Ev yaxınlığında əsgərləri güllələyən Əfqanıstan vətəndaşı imiş

Ağ Evin yaxınlığında iki Milli Qvardiya əsgərinə atəş açaraq onları ağır yaralayan şəxsin kimliyi açıqlanıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hücumçu 29 yaşlı Əfqanıstan vətəndaşı Rəhmanullah Lakanvaldır.
O, bir əsgəri sinəsindən və başından vurduqdan sonra ikinci əsgərə atəş açıb. Hücum zamanı yaxınlıqda olan üçüncü əsgər onu dayandırıb. Yaralılar xəstəxanaya çatdırılıb və vəziyyətləri ağırdır.
Qeyd edilib ki, Lakanval ABŞ-yə 2021-ci ildə gəlib və Vaşinqton şəhərinə yerləşdiriib. O güllələnib və xəstəxanaya aparılıb. Polis onun tək hərəkət etdiyini bildirir; motiv hələ məlum deyil.
Hüquq-mühafizə orqanları hadisəni mümkün terror aktı kimi araşdırır. Hazırda Vaşinqtonda 2400 Milli Qvardiya əsgəri yerləşdirilib.



















































