“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
“Elə bil, bomba partlamışdı” - Zabratdakı qəzanın görüntüləri

Sabunçu rayonunun Zabrat qəsəbəsində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, ərazidə yaşayan şəxslər hadisəyə yüksək sürətin səbəb olduğunu deyir:
“VAZ 2107” yuxarıdan işıq yandırmadan gəlib. “Toyota Prado” isə işıqforda yaşıl işıqdan keçən zaman onu görməyib. Maşın çox yüksək sürətlə gəlibmiş”.
“Yer bütün zir-zibil idi. Elə bil, bomba partlamışdı. Çox pis qəza olub”.
TƏBİB-dən açıqlanan son məlumatda isə bildirilib ki, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 5 nəfər (2-si qadın, 3-ü kişi olmaqla) müştərək travmalar diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə təxliyə olunub. Hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb. Tibb Mərkəzində zəruri tibbi xidmətlər göstərən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyətləri ağırdır.
Hadisə ilə bağlı araşdırma aparılır.
Daha ətraflı “Xəzər Xəbər”in süjetində:



















































