İran üçün fəlakət ili: Böhranlar, müharibə və xaosa gətirib çıxara biləcək problemlər
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk?
Azərbaycanda UNİKAL TAPINTI: Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkar edilib
Dünyanın səslə idarə olunan ilk smartfonu təqdim edildi

Çində səs vasitəsilə tam idarə olunan ilk smartfon modeli – “Nubia M153” ictimaiyyətə təqdim edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu cihaz “Doubao Mobile Assistant” adlı süni intellekt köməkçisi sayəsində istifadəçinin verdiyi səs tapşırıqlarını yerinə yetirir.
Restoranda masa sifariş etməkdən tutmuş fotolara düzəliş etməyə qədər müxtəlif gündəlik əməliyyatlar yalnız danışmaqla icra oluna bilir.
Smartfon müvəqqəti olaraq prototip kimi təqdim olunub və yalnız onlayn sifarişlə əldə edilir. Çin bazarında ona böyük maraq göstərilməsinin səbəbi, əsasən, texniki göstəricilər yox, cihazın təqdim etdiyi proqram təminatı imkanlarıdır. Model 3499 yuana (təxminən 494 dollar) satılır.
Qeyd olunub ki, “Doubao Mobile Assistant” platforması “ByteDance” və ZTE şirkətlərinin birgə əməkdaşlığı nəticəsində hazırlanıb.






















































