Xəbər Lenti
19-03-2026, 08:10
200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
18-03-2026, 09:13
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Yeni ildən qabaq görüşməyəcəklər

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın Yeni ildən əvvəl görüşmək ehtimalı hazırda gündəmdə deyil.
“Qafqazinfo” xəbər verir ki, Kreml rəsmisi bu barədə “Pervıy kanal”a müsahibəsində söyləyib.
“Hələ ki bundan söhbət getmir”, – deyə o cavab verib.
Peskov Trampla Putinin görüşünün hazırlıq tələb etdiyini də vurğulayıb.
Bundan əvvəl mətbuat katibi ABŞ-nin “meqafon diplomatiyası”ndan imtina etməsini yalnız müsbət qiymətləndirdiyini bildirmişdi.























































