Xəbər Lenti
Dün, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
13 Ara 11:30Manşet / Şou-biznes
“Maska”nın aktyoru öldü

Məşhur amerikalı aktyor Peter Qrin 60 yaşında vəfat edib.
“Qafqazinfo” “The New York Post”a istinadən xəbər verir ki, bu barədə onun meneceri məlumat yayıb.
Aktyor Nyu-Yorkdakı mənzilində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmır.
Qeyd edək ki, Qrin “Kriminal qiraət”, “Maska”, “Şübhəli şəxslər”, “Mühasirə 2”, “Təlim günü” və digər filmlərdə rol alıb. Qrin daha çox mənfi rolların mahir ifaçısı kimi tanınırdı.
Yanvar ayında o, Miki Rurkla birlikdə “Maskotlar” adlı filminin çəkilişlərinə başlamalı idi.






















































