Xəbər Lenti
2-07-2025, 13:07
Rusiyada azərbaycanəsilli iş adamı saxlanıldı - Külli miqdarda dələduzluqda ittiham olunur
30-06-2025, 13:45
“Azərbaycan Alp Turan Klubu”nun yetirmələrinin 29-cu Kikboksinq üzrə Azərbaycan Çempionatında yüksək nailiyyətləri
18 Nis 07:29Manşet / Şou-biznes
“Altıncı hiss”in aktyoru saxlanıldı
Məşhur “Altıncı hiss” filmində rol almış amerikalı aktyor Heyli Coel Osment polis əməkdaşları tərəfindən saxlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda TMZ portalı məlumat yayıb.
Məlumata görə, aktyor ictimai yerdə sərxoş olub ətrafa narahatlıq yaratmaq və narkotik vasitə saxlamaqda ittiham olunaraq saxlanılıb.
Osmentin üzərindən tapılan mənşəyi naməlum maddə müsadirə olunaraq müayinə üçün laboratoriyaya göndərilib.
Qeyd edək ki, karyerasına uşaq ikən başlayan Osment 1994-cü ildə “Forrest Qamp” filmindəki obrazı ilə diqqət çəkib. Amma ən böyük çıxışını 1999-cu ildə “Altıncı hiss” filmindəki Cole Sear rolu ilə edib. Bu performans ona “Ən yaxşı köməkçi aktyor” kimi “Oskar” nominasiyasını qazandırıb.

