"Nike" şirkətinə qarşı araşdırma başlandı: Məşhur brend irqi ayrı-seçkilikdə ittiham olunur
Azərbaycanda dini icma üzvünə sui-qəsd hazırlamaqda təqsirləndirilən şəxslərə hökm oxunub
"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğramış hərbi təyyarə ilə bağlı Türkiyədən AÇIQLAMA
"C-130"lar hazırda hələ də dünyanın 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur".
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər illik qiymətləndirmə iclasında gündəmdəki məsələlərlə bağlı sualları cavablandırarkən deyib.
Yaşar Gülər Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsi ilə bağlı araşdırmaların davam etdiyini bildirib:
"Bir daha şəhidlərimizə Allahdan rəhmət diləyirik. Biz 1964-cü ildən "C-130"lardan istifadə etməyə başlamışıq. O vaxtdan bəri belə bir qəza baş verməmişdi. "C-130"lar hazırda hələ də dünyanın düz 70 ölkəsi tərəfindən ən təhlükəsiz təyyarələr kimi istifadə olunur. Bu qəzadan sonra bütün "C-130" təyyarələrimizin hamısında yoxlamalar gücləndirilib. Bu yoxlamanı başa vurduqdan sonra təyyarələrimizdən istifadə etməyə davam edəcəyik".
"Qəzaya uğramış təyyarəmizin qara qutusu hələ də TUSAŞ-da (Türk Aerokosmik Sənayesi) araşdırılmağa davam edir. Qəza araşdırma qrupumuz da işlərini davam etdirir. Hələ ki, tamamlanmayıb. Təyyarəmizin qəza səbəbi ilə bağlı nəticə nə olursa olsun, bunu şəffaf şəkildə izahlı formada açıqlayacağıq", - deyə Gülər əlavə edib.























































