Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
Mərhəmət Lələyevdən Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Şamil Cəfərovdan Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Jalə Ağakişiqızından Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə ad günü təbriki
Daxili işlər naziri Vilayət Eyvazovun iştirakı ilə növbəti sıra baxışı keçirildi: 2025-ci ildə minlərlə gənc polis və daxili qoşunlarda xidmətə seçilir
Məleykə Abbaszadə: "Suallar məktəb dərsliklərini əhatə etməsə, bizi məhkəməyə verərdilər"
Bakıda Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyasının iclası və İnvestisiya Forumu keçiriləcək
Sosial şəbəkələrdə tibbi məsləhət dalğası - Özlərini "sağlamlıq eksperti" kimi təqdim edən bloqerlər
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyev bizim qüdrətli gələcəyimizin memarıdır-Könül Nəbizadə
Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq, müstəqil və qüdrətli bir dövlət kimi formalaşması, dünya birliyində layiqli yer qazanması xalqımızın əsrlərdən bəri qurmaq istədiyi müstəqillik idealının gerçəkləşməsinin bariz nümunəsidir. Bu böyük ideyanın reallığa çevrilməsi isə sözün həqiqi mənasında bir şəxsiyyətin – Azərbaycan xalqının dahi oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu, siyasi, iqtisadi və hüquqi sistemimizin memarı, azərbaycançılıq ideologiyasının banisi, milli özünüdərkin və dövlətçilik düşüncəsinin yaradıcısı olan Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri nəticəsində mümkün olmuşdur.
XX əsrin çətin siyasi burulğanlarında öz xalqını böyük uzaqgörənliklə irəli aparan, onu parçalanmaq təhlükəsindən xilas edən, milli dövlətçilik ənənələrini bərpa edən Heydər Əliyev, Azərbaycanı yalnız müstəqil dövlət kimi yenidən qurmadı, həm də bu dövlətin gələcək yüzilliklər üçün inkişaf istiqamətlərini müəyyənləşdirdi. Onun qurduğu möhkəm, sarsılmaz dövlətçilik bazası bu gün müasir Azərbaycanın dayandığı ən mühüm strateji dayaqlardandır.
Ulu Öndərin idarəçilik fəlsəfəsinin mərkəzində insan faktoru dayanırdı. O, humanizm prinsiplərini dövlət idarəçiliyinin təməl qayəsinə çevirərək, insanların hüquq və azadlıqlarının təmin olunması üçün geniş islahatlar həyata keçirdi, vətəndaş-dövlət münasibətlərinin müasir modelini formalaşdırdı. Heydər Əliyev müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan dövlətinin bütün sütunlarını ardıcıl şəkildə yenidən quraraq, siyasi sabitliyi möhkəmləndirdi, iqtisadi sistemin bərpasına və modernləşdirilməsinə nail oldu, hüquqi dövlətin inkişafını prioritet istiqamətə çevirdi. Bu islahatlar cəmiyyətin bütün sahələrinə sirayət edərək şəffaf, sistemli və davamlı inkişafın əsasını qoydu.
Məhz bu möhkəm təməlin sayəsində bu gün Azərbaycan dünya birliyinin etibarlı üzvü, regionun lider dövləti, qlobal proseslərdə söz sahibi olan nüfuzlu aktor kimi tanınır. Ulu Öndərin müəyyən etdiyi strateji xəttin davamı olaraq, ölkənin siyasi, iqtisadi, sosial və hərbi inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.
Azərbaycanın taleyinə yazılan ən böyük səadətlərdən biri, Heydər Əliyev kimi bir dahi şəxsiyyətin xalqımıza bəxş etdiyi ən qiymətli miras – onun siyasi kursunu əzm, iradə, qətiyyət və yenilikçi düşüncə ilə davam etdirən möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevdir. Müasir dünyanın mürəkkəb geosiyasi reallıqlarında Azərbaycanı böyük məharətlə idarə edən Prezident İlham Əliyev həm ulu öndərin irsini layiqincə yaşadır, həm də onu yeni dövrün tələblərinə uyğun şəkildə zənginləşdirərək ölkəmizi daha yüksək zirvələrə qaldırır.
Prezident İlham Əliyevin – 64 illik şərəfli həyat yoluna, onun dövlətçilik missiyasına, müasir Azərbaycan ideyasına, böyük liderlik məktəbinə həsr olunmuşdur. İlham Əliyevin adı bu gün yalnız Azərbaycanın tərəqqisi ilə deyil, həm də bütöv regionun sülh, sabitlik və inkişaf çağırışı ilə assosiasiya olunur. O, XXI əsrin siyasi nəbzini tutan, qlobal trendləri əvvəlcədən görən və müasir dövlət modelini uğurla tətbiq edən liderlərdən biridir.
Onun rəhbərliyi ilə Azərbaycan:
– Qarabağ zəfəri ilə 200 illik həsrətə son qoydu, torpaqlarımız işğaldan azad edildi və ərazi bütövlüyümüz tam bərpa olundu.
– Güclü, peşəkar və yüksək texnologiyalara əsaslanan ordu formalaşdırdı.
– İqtisadiyyatını şaxələndirən, enerji təhlükəsizliyinə qlobal töhfə verən, region üçün strateji əhəmiyyət daşıyan layihələr həyata keçirdi.
– Müasir dövlət modeli yaradaraq demokratik islahatları genişləndirdi, sosial rifahı yüksəltdi.
– Beynəlxalq təşkilatlarda nüfuzlu tərəfdaş kimi çıxış edərək, Azərbaycanın qlobal miqyasda etibarlı imicini möhkəmləndirdi.
Prezident İlham Əliyevin siyasi və dövlətçilik fəaliyyəti böyük liderin portreti olmaqla bərabər, həm də müasir Azərbaycanın inkişaf fəlsəfəsini özündə əks etdirir. Bu kitabın məqsədi yalnız tarixi faktları sadalamaq deyil, həmin tarixi yaradan liderin düşüncə tərzini, strateji yanaşmasını, xalqına olan sədaqətini və dövlət qarşısındakı misilsiz xidmətlərini oxucuya daha dolğun, daha sistemli şəkildə çatdırmaqdır.
Bu, həm də gənc nəslin dövlətçilik düşüncəsinin formalaşmasına yönəlmiş mühüm bir vəsaitdir. Çünki İlham Əliyevin fəaliyyət yolu bir siyasətçinin bioqrafiyasından çox-çox irəlidə dayanır – o, müasir Azərbaycan dövlətinin yüksəliş tarixidir, qürur tarixidir, Vətən sevgisinin və xalqa xidmətin rəmzidir.
Onun 64 illik ömür yolu fədakarlığın, əzmkar liderliyin, böyük missiyaya sədaqətin parlaq nümunəsidir. Bu yolun hər mərhələsi dövlətçilik təcrübəsinin zənginləşməsi, Azərbaycanın yeni uğurlara imza atması ilə yadda qalmışdır.
Bu kitabın hər sətiri, hər səhifəsi bir həqiqəti təsdiqləyir:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha güclü, daha qüdrətli, daha dayanıqlı və daha parlaq gələcəyə doğru inamla və qətiyyətlə addımlayır.
Bu inkişaf yolu milli iradənin, dövlət-xalq birliyinin və müdrik liderliyin təntənəsidir.
Geniş dünyagörüşlü insanların həm də əsl ailə həyatını təcəssüm etdirməsi bu gün gənclərimizə əsl nümunədir. Belə insanların məhşur ailələrin üzvləri olması isə onların həyatlarının, bir-birinə və övladlarına olan münasibətlərinin hər zaman bir örnək kimi qəbul edilməsinə səbəb olur. Azərbaycan xalqının sadiq oğlu, Ümummilli Lider Heydər Əliyevin ailəsi də gənclərimizə örnəkdir. Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyev bu uğurun arxasında hər zaman ailəsinin dayandığını bildirirdi. Böyük şəxsiyyətlərin arxasında böyük qadınlar dayanır. O özü də qeyd edirdi ki, gənc yaşlarından həyatı dövlət işi ilə bağlı olubdur: “Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”. Milli, maddi və mənəvi dəyərlərimizi təbliğ etmək və gənc nəsillərə ötürmək xalqımızın gələcəyi üçün çox böyük əhəmiyyətə malikdir.
Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın problemləri və haqlarının müdafiəçisinə çevrilmişdir. Onun qadınlara olan münasibəti ailə həyatında, həyat yoldaşının timsalında da açıq aşkar bilinirdi. Zərifə xanım Əliyevaya verdiyi yüksək dəyər heç kimin diqqətindən yayınmazdı. Hər kəs onların bir-birilərinə necə qarşılıqlı hörmət münasibəti bəslədiklərinin şahidi olmuşdur. Ulu Öndər 2001-ci il aprelin 28-də Zərifə xanımın xatirəsinə həsr olunmuş gecədə söylədiyi bir fikri xatırlatmaq yerinə düşərdi: “....Mənim üçün o, birinci növbədə böyük bir insan idi. Zərifə xanım sədaqətli həyat yoldaşı, çox mehriban ana, mənim ailəmi, mənim uşaqlarımı, mənim nəvələrimi yaşadan,böyüdən bir fədakar insan kimi qəlblərdə yaşayır.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkəmizdə uğurla həyata keçirilən Gender siyasəti, qadınların hüquq və azadlıqlarının qorunması, məişət zorakılıqlarının qarşısının alınması sahəsində ölkəmizdə həyata keçirilən tədbirlər danılmazdır.
Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratdı. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25-ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında dövlət qadın siyasəti yüksəliş mərhələsinə qədəm qoymuşdur. Dövlətimizin qadınlarla bağlı yürütdüyü siyasət bu sahədə Azərbaycanı öncül dövlətlər sırasına gətirib.
Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva öz geniş fəaliyyəti ilə beynəlxalq aləmdə Azərbaycan qadınını nüfuzunu daha da yüksəklərə qaldırır. Fəxrlə deyə bilərik ki, onun simasında dünya dövlətlərinə dərin bilik və intellekt sahibi olan gözəl ziyalı peşəkar siyasətçi humanist Azərbaycan qadın obrazı təqdim olunur. Mehriban xanımın gördüyü işlərin mühüm göstəricisi Heydr Əliyev Fondunun timsalında əks olunub. Heydər Əliyev Fondu Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə Ümumilli Lider Heydər Əliyevin zəngin irsindən bəhrələnərək bu işə xidmət edən genişmiqyaslı proqram və layihələrin reallaşmasını və digər mühüm işlərin icrasını təmin edir. Fond Azərbaycan xalqının öz böyük siyasətçisi Heydər Əliyevin xatirəsinə ehtiramını ifadə etmək arzusu və istəyinin nəticəsidir, Heydər Əliyev siyasi məfkurəsinin həmişəyaşar səciyyəsini əks etdirmək zəruridir Ümumilli Liderin zəngin irsinin daha da dərindən və hərtərəfli öyrənilməsi, onun yaratdığı milli dövlətçilik və Azərbaycançılıq ideyaları və ölkə mədəniyyətinin geniş təbliği Heydər Əliyev siyasətinə verilən önəmin göstəricisidir.
Biz bu, ailəyə Ulu Öndər Heydər Əliyevə və Zərifə xanım Əliyevaya minnətdarıq ki, daim Azərbaycan sevgisi ilə yaşayan, Vətənimizin qüruru sayılan övladlar yetişdirmişlər. Yüksək keyfiyyətlərin mövcud olduğu belə bir ailədə İlham Əliyev kimi övladın böyüyüb boya başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənir Azərbaycan daha da çiçəklənib qüdrətli bir ölkəyə çevrilir.
Allah Ulu Önədrimiz Heydər Əliyevə rəhmət etsin,məkanı cənnətdir Amin, Allah cənab Prezidentimiz,Xalqının igid oğlu İlham Əliyevə can sağlığı versin.
Nəbizadə Könül Faxrəddin qızı
“Qızıl qələm” mükafatı laureatı
“Azərbaycan Bayrağı” mükafatı laureatı
“Həsən bəy Zərdabi” mükafatı laureatı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycan kütləvi İnformasiya vasitələri işçiləri həmkarlar ittifaqının üzvü
Vətənpərvərlik işində xidmətlərə görə medalla təltif edilmiş
Vətən naminə medalə ilə təltif edilmiş
102info.az saytının redaktoru
Polisə-dəstək.az saytının redaktoru
Ypx.info.az saytının redaktoru
Qərbi-Azərbaycan.az saytının redaktoru
“Qızıl qələm” mükafatı laureatı
“Azərbaycan Bayrağı” mükafatı laureatı
“Həsən bəy Zərdabi” mükafatı laureatı
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (AJB)
Azərbaycan kütləvi İnformasiya vasitələri işçiləri həmkarlar ittifaqının üzvü
Vətənpərvərlik işində xidmətlərə görə medalla təltif edilmiş
Vətən naminə medalə ilə təltif edilmiş
“Xezertv.info” informasiya agentliyinin fəxri üzvü
“Ulusestv.az” internet tv-nin fəxri üzvü
Azərbaycan Gənclər və İdman Nazirliyi, Kikboksinq Federasiyası, Zülfüqar İdman Klubu, Qadınlardan ibarət komandanın baş məşqçisi





















































