Menu
Xəbər Lenti
Beyni bağışlanacaq
Dün, 05:25

Beyni bağışlanacaq

TƏBRİK EDİRİK!
24-12-2025, 15:34

TƏBRİK EDİRİK!

Yeni il təbriki.
24-12-2025, 10:32

Yeni il təbriki.

“Arsenal” yarımfinalda
24-12-2025, 06:32

“Arsenal” yarımfinalda

“Napoli” qalib oldu
23-12-2025, 05:26

“Napoli” qalib oldu

İrana xəbərdarlıq etdi
23-12-2025, 05:15

İrana xəbərdarlıq etdi

26 Ara 12:11Manşet / Gündəm / Sosial

Cənubunsəsi Media Şirkəti və Günərzi Qayğı Mərkəzindən nümunəvi sosial layihə

 

26 dekabr 2025-ci il tarixində Cənubunsəsi Media Şirkəti ilə Günərzi Qayğı Mərkəzi arasında növbəti uğurlu sosial layihə hə yata keçirilib. Layihə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunub.


Tədbirin təşəbbüskarı və təşkilatçısı Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru, jurnalist Mərhəmət Lələyev olub. Sosial layihənin əsas məqsədi Günərzi Qayğı Mərkəzində təlim-tərbiyə alan balaca körpələrə bayram sevinci yaşatmaq, onların üzündə təbəssüm yaratmaq və cəmiyyətdə sosial həmrəylik ruhunu gücləndirməkdir.


Tədbirdə “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin İdarə Heyətinin sədri Mirzə Məmmədəliyev, Dovlət Gömrük Komitəsinin  Gömrük Tibb Xidmətinin mayoru Anar Cəfərov, Günərzi Qayğı Mərkəzinin Masallı rayon təşkilatının rəhbəri Səbirə xanım Əbilova, media nümayəndələri, müəllimlər və ziyalılar iştirak ediblər.


Bayram tədbiri  Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin mayoru Gömrük Tibb Xidmətinin mayoru Anar Cəfərovun göstərdiyi maddi və mənəvi dəstək xüsusi vurğulanmalıdır. O, balaca körpələr üçün Yeni il hədiyyələri gətirərək onları şəxsən özü təqdim edib, uşaqlara əsl bayram sevinci yaşadıb. Qeyd edək ki, Anar Cəfərov bu kimi sosial layihələrdə mütəmadi olaraq iştirak edir, tez-tez xeyriyyə aksiyalarına qatılır və hər zaman maddi və mənəvi dəstəyini əsirgəmir. Onun bu humanist mövqeyi iştirakçılar tərəfindən yüksək dəyərləndirilib.


Eyni zamanda Mərhəmət Lələyev də Günərzi Qayğı Mərkəzinə uşaqlar üçün müxtəlif hədiyyələr təqdim edib.


Tədbirdə çıxış edən Mirzə Məmmədvəliyev, Səbirə xanım Əbilova və digər qonaqlar Anar Cəfərovun göstərdiyi davamlı maddi və mənəvi dəstəyə görə, eləcə də bu humanist layihənin təşkilinə görə Mərhəmət Lələyevə öz dərin təşəkkürlərini bildiriblər. Çıxışlarda belə sosial layihələrin uşaqların mənəvi inkişafında mühüm rol oynadığı xüsusi qeyd olunub.


Xüsusi olaraq vurğulanıb ki, tədbirin yüksək səviyyədə keçirilməsində Cənubunsəsi Media Şirkətinin xüsusi izləyiciləri və daimi dəstəkçiləri – Elşad Qasımov, Taleh Nəsirov və İqrar Səfərovun da böyük rolu olub. Onların göstərdiyi maddi və mənəvi dəstək bu sosial təşəbbüsün daha da geniş miqyas almasına imkan yaradıb.


Öz növbəsində jurnalist Mərhəmət Lələyev bildirib ki, bu cür sosial və humanist layihələr davamlı olacaq, Cənubunsəsi Media Şirkəti hər zaman uşaqlara, həssas qruplara və xeyriyyə təşəbbüslərinə dəstək verməyə hazırdır. Çıxış edənlər balaca körpələri 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik ediblər.


Qeyd edək ki, tədbir Şaxta baba və Qar qızının iştirakı ilə musiqili-əyləncəli şou proqramla davam edib və uşaqlar üçün unudulmaz, sevincli anlarla yadda qalıb. Sonda qeyd edək ki, Yeni il əyləncəsindən sonra balaca körpələr üçün tədbir kino klubda davam etdirilib. Uşaqlar üçün xüsusi seçilmiş maraqlı və maarifləndirici filmlər nümayiş olunub, onlar xoş və əyləncəli anlar yaşayıblar. Bu mərhələ də uşaqların sevincinə sevinc qatıb və tədbir yaddaqalan bayram ab-havası ilə yekunlaşıb.