Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
Prezidentin qızı ilə gəlini “Romeo və Cülyetta”nı izlədi

Azərbaycan Dövlət Pantomim Teatrında dünya dramaturgiyasının klassik nümunələrindən olan Vilyam Şekspirin “Romeo və Cülyetta” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunub.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva iştirak ediblər.
Səhnə əsəri Ölüm və Həyat obrazlarının timsalında bu iki anlayışın əbədi mübarizəsini simvolik səhnə həlləri və plastik ifadə vasitələri ilə təqdim edib.
“Romeo və Cülyetta”da obrazları Əməkdar artistlər Bəhruz Əhmədli, Səbinə Hacıyeva, aktyorlar Elnur İsmayılov, Əli Əlizadə, Nuridə Musabəyli və digərləri canlandırıblar.
Səhnə əsərinin quruluşu və musiqi tərtibatı Ceyhun Dadaşova məxsusdur. Tamaşanın müddəti 55 dəqiqədir.
Plastik-portret janrında qurulan tamaşada ironik münasibət də diqqət çəkib.
Səhnə əsəri Azərbaycan Dövlət Pantomim Teatrının klassik dramaturgiyanın müasir plastik dildə yenidən düşünülməsinə yönəlmiş yaradıcılıq axtarışlarının növbəti nümunəsidir.
































































