Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Румия Агаева: «Я не обязана выглядеть «как на обложке», главное, чтобы мне было комфортно» - ВИДЕОИНТЕРВЬЮ
Ölkəyə qanunsuz yollarla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alındı
Masallı rayon Xoşçobanlı kəndi şəhid Musa Mustafayev və şəhid Bağırov Məmmədağa Həsənağa oğlunun adına küçələrin asfaltlama işləri
Paşinyan II Qaregini zərərləşdirmə yolunda kütləvi ictimai təpkiyə məruz qalmasa...- ŞƏRH
Binəqədi rayonunda Hacı Taleh adlı iş adamına layihədən kənar tikintiyə hansı şərtlərlə “icazə” verilib?
Binəqədi rayonunda aparılan qanunsuz tikinti işləri artıq açıq-aşkar ictimai narahatlıq doğurur. Heç icazə sənədi olmadan sürətlə ucaldılan tikililər bir sualı gündəmə gətirir: bu özbaşınalığa kim icazə verib və aidiyyəti qurumlar niyə susur?
XALQ-a daxil olan məlumata görə Binəqədi rayonu ərazisində tikinti zamanı layihədən artıq inşa işləri aparıldığı bildirilir.
Dövlət Şəhərsalma və Arxektura Komitəsindən və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan rəsmi heç bir icazə alınmadan artıq tikinti işlərinə Binəqədi rayonunda hansı məmur icazə verdiyi müəmmalıdır.
Məlumatlara görə binanı tikən Hacı Taleh adlı iş adamıdır,iş icracısı isə Həsən adlı şəxsdir.
Məsələ ilə bağlı Binəqədi rayon icra Hakimiyyətindən heç bir açıqlama almaq mümkün olmadı
Aidiyyatı ququların fikirlərini dərc etməyə hazırıq.
Qeyd edək ki, 2018-ci ildən Binəqədi İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevdir.























































