ABŞ səhiyyə naziri Trampın zərərli qida vərdişlərindən danışdı: Fastfud yeyir, diyetik içki içir
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
"Mərkəz Binəqədi" ərazisində yeni yol nişanları quraşdırılacaq? - RƏSMİ

müvafiq yol nişanları və işıqforların niyə olmamasına aydınlıq gətirilib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, qeyd olunan yolda işıqforların quraşdırılması tərəfimizdən nəzərdə tutulub.

"Lakin hazırkı yol infrastrukturu və hərəkətin təşkili buna imkan vermir. Aidiyyəti qurum tərəfindən infrastruktur dəyişikliyi olarsa, işıqforların quraşdırılması təmin ediləcək", - deyə Ö.Xıdırov vurğulayıb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov isə Oxu.Az-a açıqlamasında qeyd edib ki, sözügedən ərazidə nəqliyyat şəraitinin qiymətləndirilməsi məqsədilə müşahidələr aparılır və pik saatlarda nəqliyyatın intensivliyi ölçülür.

"Aparılan monitorinqlər nəticəsində ərazidə hərəkətin təşkilinin vəziyyəti, münaqişəli nöqtələr və piyadaların təhlükəsiz hərəkət şəraiti qiymətləndiriləcək. Təhlillərin nəticələrinə uyğun olaraq təklif layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti qurumlara göndəriləcək", - deyə T.Orucov bildirib.
Xatırladaq ki, "Mərkəz Binəqədi" kimi tanınan meydanda uzun müddətdir müvafiq yol nişanları və işıqforların olmaması, nəqliyyat vasitələrinin xaotik şəkildə hərəkət etməsinə, yol-nəqliyyat hadisələrinin başvermə riskini artırmasına və piyadalar üçün ciddi təhlükəyə çevrilib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) ərazidə müvafiq təhlükəsizlik tədbirlərinin görüldüyünü açıqlayıb.
Əzizə İsmayılova






















































