Menu
Xəbər Lenti
FƏDAKAR ALİM ÖMRÜ
Dün, 14:50

FƏDAKAR ALİM ÖMRÜ

16 Ock 05:39Manşet / Dünya

ABŞ-nin Qrenlandiyanı satın alması ideyasının müəllifi məlum oldu

ABŞ-nin Qrenlandiyanı satın alması ideyasının müəllifi məlum oldu

ABŞ-nin Qrenlandiyanı satın alması ideyasını ilk olaraq Ağ Evin rəhbəri Donald Trampa onun dostu, Nyu-Yorkdan olan milyarder Ronald Lauder təqdim edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Boltona istinadən yazır.

Qəzetin mənbəsinin sözlərinə görə, Tramp ilk prezidentlik dövründə Boltonu yeni bir ideyanı müzakirə etmək üçün yanına çağırıb. "O dedi ki, məşhur bir iş adamı az əvvəl ABŞ-yə Qrenlandiyanı almağı təklif edib", - deyə Bolton bildirib.

Məhz bu görüşdən sonra Ağ Ev ABŞ-nin Qrenlandiyadakı təsirini gücləndirməyin yollarını araşdırmağa başlayıb.

Qeyd edilir ki, "Estée Lauder" kosmetika şirkətinin varisi Ronald Lauder Trampla artıq 60 ildən çoxdur tanışdır.