Aprel döyüşlərinin əfsanəsi – “Murov Qartalı” Raquf Orucov və Milli Qəhrəmanlıq Zirvəsi
Böyük Britaniyada apendisit ağrısı ilə xəstəxanaya gedən qadın gözlənilməz hadisə ilə qarşılaşdı
Hindistanda inanılmaz hadisə: 103 yaşlı qadın doğum gününə təsadüf edən dəfn mərasimində "dirilib"
Ailədə bir insanın gərgin olmasının bütün üzvlər üçün fəsadları: Rusiyalı həkimdən XƏBƏRDARLIQ
ABŞ səhiyyə naziri Trampın zərərli qida vərdişlərindən danışdı: Fastfud yeyir, diyetik içki içir
"Lox-Ness əjdahası" həqiqətən var? - Şotlandiyalı təbiətşünas 52 illik axtarışdan sonra gerçəyi ortaya çıxardı
Aprel döyüşlərinin əfsanəsi – “Murov Qartalı” Raquf Orucov və Milli Qəhrəmanlıq Zirvəsi
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan mübarizənin şanlı səhifələrindən biri olan 2016-cı il Aprel döyüşlərinin 10-cu ildönümü yaxınlaşdığı bir vaxtda, xalqımızın qürur mənbəyinə çevrilmiş, qəhrəmanlığı ilə tarixə adını yazdırmış “Murov Qartalı” ləqəbli əfsanəvi kəşfiyyatçı Raquf Orucovun xidmətlərini bir daha diqqətinizə çatdırmağı özümə mənəvi borc hesab edirəm.
Raquf Orucov Aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələrinin ön sıralarında yer alaraq döyüş tapşırıqlarını yüksək peşəkarlıqla, böyük cəsarət və fədakarlıqla yerinə yetirmişdir. Onun kəşfiyyat əməliyyatlarında göstərdiyi şücaət, şəxsi nümunəsi, liderlik keyfiyyətləri və sarsılmaz iradəsi silahdaşlarına ruh vermiş, düşmənə isə sarsıdıcı zərbələr vurulmasında mühüm rol oynamışdır. Raquf Orucov Vətən naminə ən ali fədakarlığı göstərərək Aprel döyüşlərində şəhid olmuşdur.
“Murov Qartalı” kimi tanınan Raquf Orucovun adı bu gün artıq xalqın yaddaşında qəhrəmanlıq simvolu kimi yaşayır. Onun döyüş yolu, Murov istiqamətində apardığı əməliyyatlar və göstərdiyi misilsiz fədakarlıq gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsidir. Buna baxmayaraq, indiyədək ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməməsi cəmiyyət arasında haqlı suallar və dərin ictimai gözlənti yaratmaqdadır.
Hörmətli cənab Prezident!
Sizin rəhbərliyiniz dövründə qəhrəmanların əməyinin və xidmətlərinin yüksək qiymətləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur. Aprel döyüşlərinin 10-cu ildönümü ərəfəsində Raquf Orucova “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi tarixi ədalətin bərpası olmaqla yanaşı, şəhidlərimizin ruhuna, ailələrinə və bütün Azərbaycan xalqına göstərilən yüksək ehtiramın parlaq ifadəsi olardı.
Bu qərar eyni zamanda Azərbaycan Ordusunun qəhrəmanlıq ənənələrinin yaşadılmasına, gənclərdə vətənə sədaqət və döyüş ruhunun daha da güclənməsinə mühüm töhfə verər.
Xahiş edirəm ki, xalqın iradəsini və Raquf Orucovun Vətən qarşısındakı misilsiz xidmətlərini nəzərə alaraq ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adının verilməsi barədə müvafiq qərar qəbul edəsiniz.
Dərin hörmətlə
Yusif Şamil oğlu
İfadetv.com
























































