Menu
Xəbər Lenti
XALQIN ADAMI
23-01-2026, 10:56

XALQIN ADAMI

28 Ock 17:59Manşet / Gündəm / Elm-təhsil

Riyaziyyat gecəsi keçirilib


Riyaziyyat gecəsi keçirilib


26.01.2026-cı il tarixində İsmayıllı şəhər İ. Həsənov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində Riyaziyyat aylığı çərçivəsində Riyaziyyat gecəsi keçirildi . Gecə İsmayıllı rayonunun çox dəyərli ziyalılarından olmuş fəaliyyəti dövründə "Qabaqcıl Maarif Xadimi" fəxri adını almış Səfərov Cavad Calal oğlunun 90 illik yubileyinə həsr olunmuşdur.
Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, sektorun baş məsləhətçisi Rahim Baxışov, ATİAHİ-nin İsmayıllı rayon şöbəsinin sədri Hafiz Kərimov, uzun müddət 1 saylı məktəbin direktoru işləmiş Respublikanın Əməkdar müəllimi Şəfaqət Rəsulov eləcə də rayonumuzin digər əməkdar müəllimləri Qalib Bəşirov, Aydın Əzizov, Cavad müəllimin ailə üzvləri eləcə də, məktəb rəhbərliyi, müəllim, şagird və valideyn kollektivi iştirak ediblər.
Tədbir 1 saylı məktəbin riyaziyyat müəllimi Şəfəq Bayramlının təəşkilatçılığı ilə Va və VIIIa sinif şagirdlərinin iştirakı ilə birlikdə baş tutub.
Tədbir şagirdlərin ifalarında çox maraqla izləndi. Sonda qonaqlar Cavad müəllim haqqında öz xatirələrini bölüşdülər.
Bu gözəl və yaddaqalan tədbir münasibəti ilə Şəfəq müəlliməni və şagirdlərini təbrik edirik.