Menu
Xəbər Lenti
02 Şub 08:13Manşet / Siyasət

Xəsarətlə bağlı polisə məlumat verilməsi xəstəlik vərəqəsində qeyd olunacaq

Xəsarətlə bağlı polisə məlumat verilməsi xəstəlik vərəqəsində qeyd olunacaq

Sığortaolunanlar üçün xəstəlik vərəqələrinin elektron sənəd formasında tərtib olunması qaydası haqqında təlimatda dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla təlimata əlavə edilən yeni hissəyə görə, sığortaolunanın xəsarət nəticəsində əmək qabiliyyətini müvəqqəti itirməsi ilə bağlı tibb müəssisəsi tərəfindən hüquq mühafizə orqanına məlumat verildiyi hallarda bu barədə xəstəlik vərəqəsində müvafiq qeyd aparılacaq.