"Böyük Qayıdış" Gənclər Təşkilatı Gənclər Günü münasibətilə bir sıra tədbirlər keçirib
Sahibə Qafarova: "Parlamentin səlahiyyətləri ilə bağlı məsələlər yaz sessiyasında diqqət mərkəzində saxlanılacaq"
Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
“İran PUA-sı vurulmadan əvvəl bütün məlumatları ötürüb”
“ABŞ-nin vurduğunu bildirdiyi “Şahid-129” tipli pilotsuz uçuş aparatı (PUA) beynəlxalq sularda mütəmadi və qanuni kəşfiyyat missiyası yerinə yetirirdi”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” adı açıqlanmayan hərbi mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, “Şahid-129” PUA ilə əlaqə beynəlxalq sularda adi və qanuni kəşfiyyat uçuşu zamanı kəsilib. PUA missiya ərzində əldə etdiyi görüntüləri bazaya uğurla ötürüb.
Məlumata əsasən, rabitənin kəsilməsinin səbəbləri ilə bağlı araşdırma aparılır və əlavə detalların daha sonra açıqlanacağı qeyd olunub.
Qeyd edək ki, ABŞ Oman körfəzində İrana məxsus pilotsuz uçuş aparatını vurduğunu bəyan edib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, Oman körfəzində “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisinə yaxınlaşan İran PUA-sı zərərsizləşdirilib.






















































